“Qalatasaray” qalib gəlib, “Beşiktaş” xal itirib
06.10.2024 - 22:25
![“Qalatasaray” qalib gəlib, “Beşiktaş” xal itirib](https://ww3.apasport.az/storage/news/2024/october/06/big/6702d617141bb6702d617141bc17282391276702d617141b96702d617141ba.jpeg)
Türkiyə Super Liqasında VIII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, bu gün daha 4 matç keçirilib.
"Qalatasaray" "Alanyaspor"u qəbul edib. Yunus Akgünün ilk hissədə vurduğu qol həlledici olub - 1:0.
"Beşiktaş" isə səfərdə "Qaziantep"lə qarşılaşıb. "Qara qartal" 90+5-ci dəqiqədə üç xalı əldən verib.
Türkiyə Super Liqası
VIII tur
6 oktyabr
"Qalatasaray" - "Alanyaspor" 1:0
"Qaziantep" - "Beşiktaş" 1:1
"Konyaspor" - "Eyüpspor" 2:1
"Adana Demirspor" - "Samsunspor" 1:3
0
0