Qalatasarayın 25-ci çempionluğu üçün xatirə pulu buraxılır - FOTO
20.06.2025 - 13:02

Türkiyə Xəzinə və Maliyyə nazirliyinin zərbxanası “Qalatasaray” klubunun 25-ci Türkiyə çempionluğu münasibətilə xüsusi xatirə pulu buraxır.
Apasport.az xəbər verir ki, bu çərçivədə cəmi 5 min ədəd xatirə pulu hazırlanacaq.
Məhdud sayda istehsal ediləcək bu pullar 2250 türk lirəsi dəyərində satışa çıxarılacaq.
Həm “Qalatasaray” azarkeşləri, həm də kolleksiyaçılar üçün xüsusi maraq doğuran xatirə pullar yaxın günlərdə rəsmi satış kanalları vasitəsilə təqdim olunacaq.
0
0