"Qalatasaray"ın hücumçusu Renatın komanda yoldaşı oldu
09.02.2024 - 23:41
Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisi "Qalatasaray"dan Halil Dervişoğlunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə millisinin üzvü mövsümün ikinci yarısını "Hatayspor"un heyətində keçirəcək.
Qeyd edək ki, "Qalatasaray" Halil Dervişoğlunu mövsümün əvvəlində "Brentford"dan transfer edib. 24 yaşlı forvard "sarı-qırmızlar"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Millimizin baş məşqçisi: “Məğlub olmağımıza baxmayaraq…”
- Aygün Kazımova və Miri Yusifdən əyləncə dolu anlar - FOTOLENT
- “Beşiktaş”da Osayi-Samuel problemi: TRANSFER DAYANDIRILDI
- Millimizin sabiq üzvləri İngiltərədə master-klas keçəcəklər
- Məmmədov "Neftçi" haqda pozitiv düşünür: “Abubakarın gəlişi..."
0
0