Qapıların yerini səhv salan "Jirona"
03.10.2024 - 17:37
![Qapıların yerini səhv salan "Jirona"](https://ww3.apasport.az/storage/news/2024/october/03/big/66fe9e443a85f66fe9e443a860172796269266fe9e443a85d66fe9e443a85e.jpg)
“Jirona” Çempionlar Liqasının Liqa mərhələsinin II turunda “Feyenoord”a uduzub – 2:3.
Apasport.az xəbər verir ki, İspaniya təmsilçisi öz qapısına 2 qol vurub. La Liqa klubunda Krejçi və Herrera qapıları səhv salıb.
“Jirona” Çempionlar Liqasında ilk iki matçında avtoqollar sayəsində fərqlənən birinci komanda olub.
La Liqa klubu birinci turda PSJ-yə uduzub – 0:1.
0
0