"Qarabağ"la görüş öncəsi "Braqa"dan qələbə
19.02.2024 - 09:32
!["Qarabağ"la görüş öncəsi "Braqa"dan qələbə](https://ww3.apasport.az/storage/news/2024/february/19/big/65d2e5903fd3d65d2e5903fd3e170832014465d2e5903fd3b65d2e5903fd3c.jpg)
"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" Portuqaliya çempionatında "Farense" ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, matç "Braqa"nın 2:1 qələbəsi ilə başa çatıb.
"Braqa" 43 xalla 4-cü, "Farense" 26 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsinin ilk oyununda səfərdə qələbə qazanıb - 4:2. Cavab görüşü fevralın 22-də reallaşacaq.
0
0