
Uels millisinin, “Tottenhem” və “Real”ın sabiq futbolçusu Qaret Beyl peşəkar qolfçu karyerasına start verir.
Apasport.az saytının məlumatına görə, bunu böyük britaniyalı ulduzun özü açıqlayıb.
Futbolçu karyerasını 2 həftə əvvəl başa vuran Beyl gələn ay ilk ciddi sınağına çıxacaq. O, “AT&T Pebble Beach Pro-Am” turnirində mübarizə aparacaq.
Yarış fevralın 2-5-də keçiriləcək. Yarışda 156 peşəkar və 156 həvəskar qolfçu mübarizə aparacaq. Turnirdə aktyorlar Bill Mürrey, Ceyson Beytman, qolfçular Mett Fitspatrik, Lük Donald, Cordan Smit də iştirak edəcək. Turnirin mükafat fondu 9 milyon dollardır.
Qeyd edək ki, yanvarın 9-da karyerasını bitirdiyini açıqlayan Beyl Çempionlar Liqasının beşqat qalibidir.
- "Mançester Siti" "Vulverhempton"un ulduzu üçün "Liverpul"la yarışacaq
- Aydın Bayramov: "Neftçi"yə qarşı oynamaq həmişə çətindir" - Müsahibə
- Françesko Kaltsona: “Azərbaycan çox təhlükəli rəqibdir”
- Ayxan Abbasovun istədiyi futbolçu "Turan Tovuz"da qaldı
- Ağırlıqqaldırma Federasiyasının Texniki Komitəsinin iclası keçirilib