Qasperini İtaliya çempionatı tarixinə düşüb
07.01.2026 - 14:48
“Roma” İtaliya A Seriyasının XIX turunda “Leççe”ni məğlub edib – 2:0.
Apasport.az xəbər verir ki, bu nəticə paytaxt klubunun çalışdırıcısı Can Pyero Qasperininin çempionatdakı 1000-ci xalı olub.
“Opta”nın məlumatına görə, Qasperini İtaliya A Seriyasında ən çox xal toplayan üçüncü məşqçidir. Birinci sırada 1050 xalla “Milan”a rəhbərlik edən Massimiliano Alleqridir. İkinci isə “Yuventus”un çalışdırıcısı Luçano Spalettidir – 1014 xal.
Qasperini karyerası ərzində İtaliyada “Cenoa”, “Palermo”, “İnter”, “Atalanta”da da işləyib.
- “Xəzər Lənkəran”ın Redniki dəstəklədiyi kimi, “Neftçi” də Mutuya dəstək olsa..." - Müsahibə
- Cüdoçularımız Antalya Avropa Kubokunda iştirak edəcək
- Elşad Quliyev: “Monteneqronu uda bilsək…”
- Naxçıvanda “Bir uşaq - bir top” festivalı keçirildi - FOTOLENT
- "İnter"in prezidenti: "Atalanta" dovşan, biz isə ovçuyuq"
0
0