İtaliya millisinin sabiq baş məşqçisi Cennaro Qattuzo baş məşqçilik karyerasını bərpa edə bilər.
Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis “Torino”ya rəhbərlik edə bilər.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, tərəflər artıq danışıqlara başlayıblar. A Seriyası təmsilçisi Qattuzo ilə 2+1 illik müqavilə imzalamağı planlaşdırır.
Razılaşma əldə olunacağı təqdirdə, 48 yaşlı mütəxəssisin illik maaşı bonuslarla birlikdə təxminən 1,5 milyon avro olacaq.
Qeyd edək ki, “Torino” hazırda İtaliya A Seriyasında 35 turdan sonra 41 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
- Ramazan Abbasov: “Futbol adamları onların sayəsində sakit dayanıblar” - OFSAYD
- “Neftçi Arena”da məhsuldar heç-heçə - YENİLƏNİB
- Elvin Əliyev: “Mənə 200 min verirlər ki, oyun alqı-satqısında iştirak edim?” - OFSAYD
- Qardi "Qalatasaray"a təklif etdi – Buruk ulduz futbolçuya “hə” dedi
- Ramiz Məmmədov: “100 futbolçu üzə çıxara bilmiriksə, futbolu ləğv etməliyik” – OFSAYD