İngiltərə Premyer Liqası təmsilçilərindən “Mançester Siti”nin üzvü Cek Qriliş klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, futbolçu ilə İtaliyanın “İnter”, İngiltərənin “Mançester Yunayted”, “Nyukasl Yunayted”, “Tottenhem” və Almaniyanın “Borussiya Dortmund” komandaları yaxından maraqlanır.
Bu barədə “The Sun” nəşri məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçinin “şəhərlilər”lə olan müqavilə müddəti 2027-ci ildə başa çatır.
Xatırladaq ki, “Siti” Qrilişi 2021-ci ildə “Aston Villa”dan 117,5 milyon avroya transfer etmişdi.
Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm 21 rəsmi matçda 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Zemfira Meftahəddinova və Rəfiqə Şabanova Prezidentin fəxri diplomu ilə təltif olundu
- Ertem Şener "Zirə"nin qonağı olub - FOTO
- Tərlan Əhmədov: "Onlarda birinci, ikinci heyət söhbəti yoxdur"
- “Qarabağ"ın növbəti matçının biletləri satışda
- Emrelinin komanda yoldaşı: "Messini tutmaq üçün planımız yoxdur"