"Mançester Yunayted"in keçmiş hücumçusu Meyson Qrinvud İngiltərə milli komandasından imtina edib.
Apasport.az xəbər verir ki, 23 yaşlı ingilis futbolçu bundan sonra Yamayka millisində çıxış edəcək.
Qaydalara görə, ailə kökü Yamaykadan olan Meyson bu yığmanın şərəfini qoruya bilər.
Xatırladaq ki, Qrinvud üç il əvvəl futboldan uzaqlaşdırıldıqdan sonra milli komandadan daimi olaraq uzaqlaşdırılmışdı.
Halbuki 2022-ci ilin yanvarında o, zorlama cəhdi, faktiki bədən xəsarətinə səbəb olan hücuma görə ittiham olunsa da, 2023-cü ilin fevralında futbolçu barəsində bütün qərarlar ləğv edilmişdi.
Hazırda Fransanın "Marsel" klubunda çıxış edən vinger bu mövsüm 20 oyunda 13 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Fərid Qayıbov: "İnanıram ki, növbəti Olimpiya Oyunlarında lisenziyalarımızın sayı artacaq"
- Çempionlar Liqasında gecənin ən gözəl qolları - VİDEO
- “Dinamo” – “Qarabağ” oyunlarının hakimləri bəlli oldu
- Azərbaycan Güləş Federasiyasında tibbi məsələlərlə bağlı iclas keçirilib
- "Fənərbaxça" müdafiəçisini satır - iddia