Qvardioladan ayrılıq qərarı
14.01.2025 - 10:17
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola və həyat yoldaşı Kristina Serra ayrılıblar.
Apasport.az “Marca”ya istinadən xəbər verir ki, 30 ildir birlikdə olan tərəflər ötən ilin dekabrında boşanıblar.
Ancaq onların dostluq əlaqlələrini saxladıqları bildirilir. Keçmiş cütlük yaxınlarından ayrıldıqları barədə mediaya danışmamağı xahiş ediblər.
Qvardiola və Kristina 1994-cü ildə tanış olsalar da, onlar 2014-cü ildə nigah bağlayıblar. Onların bu evlilikdən iki qız və bir oğlan övladı var. Mariya 24, Marius 22, Valentina isə 17 yaşındadır.
- Bəhmən Həsənov: “Milliləri ləğv edərəm, “Qarabağ” da gedib İspaniyada oynasın” - OFSAYD
- Qakpo üçün 70 milyonluq təklif - Nəhənglər də onu istəyir
- DÇ-2026: Millimizin rəqibləri müəyyənləşdi - YENİLƏNİB
- "Everton" ilk qollarını millimizə vurmuş hücumçu ilə maraqlanır
- Azərbaycan klubuna texniki məğlubiyyət veriləcək - Səbəb
0
0