“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın komandasında görmək istədiyi futbolçular bəlli olub.
Apasport.az saytının məlumatına görə, ispan mütəxəssis İngiltərə yığmasının iki üzvünün transferini istəyir.
O, “Arsenal”ın vingeri Bukayo Saka və Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cud Bellingemi sərəncamında görmək arzusundadır. Amma “topçular” da Sakanı saxlamaqda maraqlıdır. 21 yaşlı futbolçu ilə yeni müqavilə barədə danışıqlar bir ilə yaxındır davam edir. Cudun xidmətində isə “Real”la “Liverpul” da maraqlıdır. Qvardiola onu sabiq komanda yoldaşı Erlinq Halandla cütlük təşkil etməsini istəyir.
Qeyd edək ki, hər iki futbolçu DÇ-2022-də İngiltərə yığması ilə 1/4 finala qədər irəliləyib.
- “Real”ın prezidenti: “Bütün klublar taleyi ilə bağlı öz qərarlarını verə bilər”.
- Cüdo üzrə Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə region birincilikləri keçiriləcək
- Rəşad Sadıqov: "Şamaxı" xarakterli komandadır"
- Rusiya polisi Kadinin zədələnməsi ilə bağlı araşdırmaya başladı
- Fransa millisi, yoxsa Afrika yığması? – ARAŞDIRMA