Rahil Məmmədovun komandası qalib gəldi
26.05.2024 - 12:36
![Rahil Məmmədovun komandası qalib gəldi](https://ww3.apasport.az/storage/news/2024/may/26/big/6652f4a1c09c26652f4a1c09c317167126096652f4a1c09c06652f4a1c09c1.jpeg)
Polşa çempionatında 34-cü turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, sonuncu turda Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi “LKS Lodz” doğma meydanda “Stal” (Melets) klubuna 3:2 hesabı ilə qalib gəlib.
Məmmədov bütün oyunu meydanda olub və 79-cu dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.
“LKS Lodz” 24 xal toplayıb, sonuncu yerdə qərarlaşıb və Ekstraklasadan aşağı liqaya düşüb.
0
0