Ramil oynamadı, komandası qrupda qaldı
12.12.2023 - 22:41
![Ramil oynamadı, komandası qrupda qaldı](https://ww3.apasport.az/storage/news/2023/december/12/big/6578a551a45116578a551a451217024054576578a551a450f6578a551a4510.jpg)
Asiya Çempionlar Liqasında qrup mərhələsinin son turunun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün Ramil Şeydayevin formasını geyindiyi "Buriram Yunayted" doğma meydanda "Ventforet Kofu"nu qəbul edib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Ramil Şeydayev bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü 8 oyunluq cəza aldığı üçün komandasına kömək edə bilməyib.
6 xal toplayan "Buriram Yunayted" qrup sonuncusu olub cə turnirdə mübarizəni dayandırıb.
0
0