Ramosun “Sevilya” variantı
06.01.2023 - 14:37
PSJ-nin futbolçusu Serxio Ramos İspaniyaya qayıda bilər.
Apasport.az saytının məlumatına görə, 37 yaşlı müdafiəçi peşəkar karyerasını başladığı “Sevilya”ya qayıdacağı gözlənilir.
Bu, onun Fransa klubu ilə müqaviləsi başa çatdıqdan sonra reallaşmalıdır. Amma bunun üçün Ramos nisbətən aşağı maliyyə şərtləri ilə razılaşmalı olacaq.
Qeyd edək ki, Serxio “Real”dakı sabiq komanda yoldaşı Kriştiano Ronaldonun keçdiyi “Əl-Nəsr”in də maraq dairəsindədir.
- Avropa çempionumuz erməniyə qalib gəlib birinci oldu – Qoridə 10 medal
- Portuqaliyalı müdafiəçi "Beşiktaş"dan ayrılır - Nizam-intizamı pozduğuna görə
- Sumqayıtda cüdo üzrə region birinciliyi keçiriləcək
- “İmarət”dəki ilk oyun Çempionlar Liqasının finalı kimi olacaq”
- Popoviç ən yüksək maaş alan məşqçi olacaq
0
0