"Real" Enzo Fernandezlə razılaşdı: NÖVBƏTİ TRANSFER
18.06.2026 - 11:18
"Real" Enzo Fernandezlə razılaşdı: NÖVBƏTİ TRANSFER

“Real” “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandezin transferi üçün hərəkətə keçib.

Apasport.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.

Madrid klubu argentinalı futbolçu ilə şəxsi müqavilə şərtlərində prinsipial razılıq əldə edib. Tərəflər arasında 2032-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə müzakirə olunur.

İspaniya nəhəngi yaxın vaxtlarda “Çelsi”yə rəsmi təklif göndərməyə hazırlaşır. London təmsilçisinin Enzonun transferi üçün 138 milyon avro tələb etdiyi bildirilir.

Qeyd edək ki, Fernandezin “Çelsi” ilə hazırkı müqaviləsi 2032-ci ilin yayına qədərdir. 25 yaşlı yarımmüdafiəçi ötən mövsüm London klubunun heyətində bütün turnirlərdə 54 oyuna çıxıb, 15 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.