"Real" keçmiş futbolçusunu geri qaytarmaq istəyir
26.12.2024 - 22:55
!["Real" keçmiş futbolçusunu geri qaytarmaq istəyir](https://ww3.apasport.az/storage/news/2024/december/26/big/676d8cfd95091676d8cfd950921735232765676d8cfd95084676d8cfd95090.jpg)
"Real" heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, Madrid təmsilçisi "Latsio"da çıxış edən Mario Hilanı heyətinə qatmaq istəyir.
"Kral klubu"nun rəhbərliyi 24 yaşlı müdafiəçini yenidən komandaya cəlb etmək niyyətindədir. O, 2019-22 illərdə də "Real"ın şərəfini qoruyub.
Qeyd edək ki, Hila bu mövsüm Roma təmsilçisinin heyətində 19 oyun keçirib və 1 qol vurub.
0
0