"Trabzonspor"un U-19 komandasının qapıçısı Onuralp Çevikkan karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Real Madrid" türk qolkiperi transfer etmək istəyir.
Bu barədə "AS" nəşri məlumat yayıb.
"Kral klubu" Onuralp Çevikkanı Tibo Kurtuanın uzunmüddətli davamçısı kimi düşünür.
"Real"ın yaxın zamanda 19 yaşlı futbolçu üçün Türkiyə klubu ilə danışıqlara başlayacağı bildirilir.
Xatırladaq ki, "Trabzonspor" Onuralp Çevikkanı 2023-cü ilin yayında "Altınordu" akademiyasından transfer edib.
Qeyd edək ki, futbolçu "Trabzonspor"un U-19 komandasında çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
- "Braqa" ilə səfər oyunu üçün "Qarabağ"a 1500 yer ayrılıb
- Nurəddin Rəcəbov: “Bu uşaqlardan olimpiya medalçıları, hətta çempionu da olacaq”
- "Neftçi" qış fasiləsinə 3-cü pillədə yollanır - YENİLƏNİB
- “Yunayted” utanılası tilsimi qırdı: 6 ildən sonra ilk dəfə
- Cüdo üzrə ölkə çempionatında fərdi mübarizələr başa çatıb - FOTO