"Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
31.07.2026 - 16:21
"Real Madrid" yarımmüdafiəçisi Franko Mastantuononu icarəyə göndərməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Madrid təmsilçisi 18 yaşlı futbolçunu bu həftəsonu komandanın heyətinə daxil etməyib.
Klub argentinalının icarə əsasında ayrılmasını planlaşdırır və onun yenidən "River Pleyt"ə qayıtmasındansa, Avropa klublarından birinə keçməsinə üstünlük verir.
Qeyd edək ki, Franko Mastantuono ötən mövsüm "Real Madrid"in heyətində bütün turnirlərdə 35 oyunda 3 qol vurub.
0
0