Premyer Liqa təmsilçilərindən "Bornmut"un müdafiəçisi Miloş Kerkez karyerasını La Liqada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, yeni mövsümdə "Real Madrid" müdafiəsini yeni oyunçularla gücləndirmək istəyir.
"Liverpul"dan Trent Aleksandr Arnoldun transferi "Los Blancos" üçün prioritet olsa da, onlar başqa variantları da nəzərdən keçirirlər.
Belə ki, Madrid nəhənginin namizədlərindən biri də Macarıstan millisinin üvü Miloş Kerkezdir.
21 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 37 matçda meydana çıxıb, 2 qol vurub, 6 məhsuldar ötürmə edib.
- "Zirə"nin futbolçusu Premyer Liqada 100-cü matçını keçirib
- AGF-nin vitse-prezidenti Paris-2024 iştirakçıları ilə görüşüb
- Hikmət Səmədov: "Bu cür tədbirlərin keçirilməsi Azərbaycan idmanı üçün çox önəmlidir"
- "Bərdə"nin baş məşqçisi: "Oyunçularımın çoxu xəstədir"
- Təmsilçilərimiz “Çempionların savaşı”nda öndə