!["Real" rekordunu təkrarladı](https://ww3.apasport.az/storage/news/2024/april/01/big/660a46acc9f79660a46acc9f7a1711949484660a46acc9f77660a46acc9f78.jpg)
La Liqanın 30-cu turunda "Real Madrid" doğma meydanda "Atletik Bilbao"nu qəbul edib.
Apaspsort.az xəbər verir ki, Karlo Ançelottinin yetirmələri evdə 2 cavabsız qol vuraraq inamlı qələbə qazanıblar.
Bu nəticə ilə “Real” İspaniya çempionatındakı məğlubiyyətsizlik seriyasını 24 matça çatdırıb. Bu görüşlərdə Los Blankos 18 qələbə qazanıb və 6 dəfə rəqibləri ilə xal bölüşüb.
İspaniya təmsilçisi sonuncu dəfə 1996/1997 mövsümündə Fabio Kapellonun rəhbərliyi altında belə nəticə qazanıb. Komanda həmin vaxt 16 qələbə, 8 heç-heçə əldə edib.
30 turdan sonra "Real" La Liqanın turnir cədvəlinə 75 xalla başçılıq edir. Paytaxt komandası ilə ikinci pillədə qərarlaşan "Barselona" arasındakı fərq 8 xaldır.