“Real” ukraynalı ilə yollarını ayırır
03.05.2025 - 14:55
“Real” ukraynalı ilə yollarını ayırır

"Real"ın ukraynalı qapıçısı Andrey Lunin yayda klubdan ayrılacaq.

Apasport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

26 yaşlı qolkiper artıq qərarı ilə bağlı Madrid klubunun rəhbərliyini məlumatlandırıb. Lunin ona start heyətində sabit yer tutacağına zəmanət verən komanda tapmaq istəyir.

“Real” artıq Luninə əvəzləyici tapıb. "Kral klubu" 2023/24 mövsümündə icarə əsasında "Real"da oynayan, müqavilə ilə "Çelsi"yə məxsus olan Kepa Arrizabalaqanı qaytarmağa hazırlaşır.

Ukraynalı qolkiperin klubla hazırkı əmək müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.