“Real”ın müdafiəçisi ingilislərin hədəfində
13.06.2022 - 00:24
![“Real”ın müdafiəçisi ingilislərin hədəfində](https://ww3.apasport.az/storage/news/2022/june/12/big/62a60c376c7a662a60c376c7a7165504927162a60c376c7a462a60c376c7a5.webp)
“Real”ın futbolçusu Ferlan Mendi İngiltərə klublarının maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”lə “Çelsi” müdafiəçini ələ keçirməyə qərar verib.
Hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq Mendi də klubdan ayrılmağa razıdır. 27 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avro ilə dəyərləndirilir.
Qeyd edək ki, Ferlan ötən mövsümün 35 matçında 2 qol vurub.
0
0