Remsinin yeni klubu müəyyənləşdi
01.07.2025 - 12:30
Son olaraq İngiltərə Çempionşip komandalarından “Kardiff”də çıxış edən Aaron Remsinin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, uelsli yarımmüdafiəçi Meksika təmsilçisi “Pumas”la razılığa gəlib.
Bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “Pumas” Remsi ilə 1+1 illik müqavilə imzalamağa hazırlaşır.
Qeyd edək ki, təcrübəli futbolçu karyerası ərzində “Arsenal”, “Yuventus”, “Reyncers”, “Nitsa” və “Nottingem Forest” kimi klublarda çıxış edib.
- Super Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ
- Xose Manuel Armada Zarko: "Sabahın Ulduzları" müxtəlif komandaları görmək üçün əlverişlidir"
- "Liverpul" uduzdu, London klubları qalib gəldi
- Van Basten: “O, əsl ağlayan uşaqdır”
- Dünya çempionu Amerika Kubokunun finalında göz yaşlarına boğuldu - VİDEO
0
0