Rodrinin gələcəyi sual altında - “Mançester Siti” ilə razılıq yoxdur
19.06.2026 - 05:01
Rodrinin gələcəyi sual altında - “Mançester Siti” ilə razılıq yoxdur

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Apasport.az xəbər verir ki, İngiltərə təmsilçisi ispaniyalı futbolçu ilə müqaviləni uzatmaq istəyir.

“The Athletic”in məlumatına görə, tərəflər arasında danışıqlar aparılsa da, hələlik razılıq əldə olunmayıb.

Qeyd edək ki, Rodrinin “Mançester Siti” ilə hazırkı müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.