"Roma" heyətini 18 yaşlı futbolçu ilə gücləndirib
15.01.2026 - 11:22
"Roma" heyətini yeni hücumçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliya nəhəngi "Marsel"dən Robinio Vajı transfer edib.
"Canavarlar" fransalı forvard üçün onun klubuna 22 milyon avro təzminat ödəyib. 4,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Robinio Vaj mövsümün ilk yarısında "Marsel"in heyətində keçirdiyi 19 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.
0
0