“Roma”da yeni vinger
21.11.2022 - 17:33
“Roma” heyətinə yeni futbolçu qatacaq.
Apasport.az saytının məlumatına görə, “Bodo Qlimt”in vingeri Ola Solbakken İtaliya təmsilçisinə keçəcək.
24 yaşlı futbolçu yaxın saatlarda Romaya yollanacaq. O, tibbi müayinədən sonra müqavilə imzalayacaq.
Solbakken yeni klubuna azad agent kimi qoşulacaq. Belə ki, onun müqaviləsi dekabrın 31-də başa çatacaq.
Qeyd edək ki, “Roma” ilə Solbakken arasında şifahi razılıq hələ bir neçə ay əvvəl əldə olunub.
- Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
- “Başakşəhər”dən qələbə, “Göztəpə”dən heç-heçə
- “Nant”ın qapıçısı: “Qarabağ”la oyundakı səhvlərimizi bilirik”
- “Araz-Naxçıvan”ın futzalçısı: “Çalışacağıq ki, markanın şöhrətini geri qaytaraq”
- Ançelottidən tənqid: “Bu onların zədələnməsinə səbəb olur”
0
0