Ronaldo “Mançester Yunayted”lə bağlı fikrini qətiləşdirdi
25.06.2022 - 00:00
Kriştiano Ronaldo bu mövsüm “Mançester Yunayted”i tərk etmək fikrində deyil.
Apasport.az saytının məlumatına görə, 37 yaşlı forvard bu yay komandasını dəyişmək fikrinə müsbət yanaşmır.
Bir gün əvvəl Portuqaliya millisinin kapitanının “Mançester Yunayted”in transfer bazarındakı passivliyindən narazı olduğu və bu üzdən ayrılmaq istədiyi yayılmışdı. Lakin CR7 “qırmızı şeytanlar”ın iyulun əvvəlində başlayacaq mövsümöncəsi təlim-məşq toplanışına qatılacağını deyib.
Qeyd edək ki, Kriştiano Ronaldo ötən mövsüm bütün turnirlərdə 39 oyunda 24 qol vurub, 3 məhsuldar ötürmə verib.
- "Arsenal" və "Liverpul" 100 milyon avroluq oyunçu üçün mübarizə aparacaq
- Ayxan Abbasov: “Komandamızın Moldova önündə sona kimi vuruşması bizi sevindirdi”
- “Neftçi”nin yeni transferi: "Neftçi”də məqsədim…”
- "Lənkəran" heyətini amerikalı basketbolçu ilə gücləndirib
- "Qalatasaray" UEFA Çempionlar Liqasını təmin edib
0
0