Ronaldodan daha bir rekord
18.12.2023 - 17:38

Kriştiano Ronaldo daha bir rekorda imza atıb.
Apasport.az xəbər verir ki, “Əl Nəsr”in hücumçusu “Google”da ən çox axtarılan idmançı olub.
Portuqaliya millisinin 38 yaşlı kapitanı ötən ilin dekabr ayında sürpriz bir qərarla Səudiyyə Ərəbistanı çempionatına keçib. İstər komandanın, istərsə də ölkə klublarının populyarlıq qazanmasında müstəsna xidmətləri olan Ronaldo hazırda yarımada təmsilçisinin də kapitanıdır.
Qeyd edək ki, yüksək məhsuldarlıq nümayiş etdirən superulduz bu mövsüm iştirak etdiyi 22 matçda 20 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
- PSV Superkuboku qazandı – ardıcıl üçüncü dəfə
- Çempionlar Liqası: “Real”, “Bayer” və “Bavariya”dan qələbə - YENİLƏNİB
- 35 il əvvəl Xankəndidə futbol oynamış jurnalist: "Ermənilərlə möhkəm dava düşmüşdü" - VİDEO
- Arsen Venger Premyer Liqanın qalibinin adını açıqladı
- Adil Şükürov: “Heyətə cəlb etmək istədiyimiz oyunçular var”
0
0