
İtaliya millisinin keçmiş hücumçusu Antonio Kassano “Mançester Yunayted”in forvardı Kriştiano Ronaldoya məsləhət verib.
Apasport.az saytının məlumatına görə, Kassanonun fikrincə, Portuqaliya millisinin kapitanı artıq karyerasını başa vurmalıdır.
Onun sözlərinə görə, 37 yaşlı superulduz əvvəlki gücündən uzaqdır: “Dözə bilmirsənsə, bitirməlisən. Bu, bütün idman növlərinin qaydasıdır. Ronaldo çoxlu kuboklar əldə etdi, fenomen idi, külli miqdarda pul qazandı. Ancaq artıq “Mançester Yunayted”in ulduzu deyil”.
Qeyd edək ki, Kriştiano Ronaldonun “Mançester Yunayted”lə müqavilə müddəti mövsümün sonuna qədərdir.
- AFFA rəsmiləri UEFA-nın seminarında
- Roman Qriqorçuk: "Dembo ilə birgə Belarus çempionu olmuşuq"
- Fərid Qayıbov Beynəlxalq İdman Məktəbi Federasiyasının prezidenti ilə görüşüb
- Paraatıcımız Paralimpiya Oyunlarına lisenziya qazanıb
- Azər Bağırov: "DAK Dunayska Streda" "Şerif"dən zəif komanda deyil" - Müsahibə