Rumıniya millisində ayrılıq - RƏSMİ
02.04.2026 - 15:44
Rumıniya millisində ayrılıq - RƏSMİ

Rumıniya millisi baş məşqçisi Mirça Luçesko ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Təcrübəli mütəxəssislə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib. 

Xatırladaq ki, 80 yaşlı çalışdırıcının rəhbərliyi altında Rumıniya yığması Türkiyəyə məğlub olaraq (1:0) dünya çempionatına vəsiqəni əldən vermişdi.