Sabiq “Barselona”lı ərəblərin radarında
27.03.2026 - 16:27
İspaniya millisinin üzvü Adama Traoreyə Səudiyyə Ərəbistanından təklif gəlib.
Apasport.az xəbər verir ki, 30 yaşlı vingeri "Əl-Hilal" istəyir.
Bu barədə “Marca” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, ərəblər onun keçidini yayda həll etməyi planlaşdırır.
"Vest Hem"lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan Traore ərəblərin təklifinə müsbət yanaşmır.
Qeyd edək ki, "Barselona” futbol akademiyasının yetirməsi olan Adama “Aston Villa”, “Midlsboro”, “Vulverhempton” və “Fulhem” kimi klublarda da çıxış edib.
- "Fənərbaxça" Türkiyə futbol tarixində bir ilkə imza atıb
- Millimiz növbəti yoldaşlıq görüşünü keçirəcək
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Filippin hökuməti Olimpiya çempionunu maraqlı mükafatlarla təltif edəcək
- Yığmamızın baş məşqçisi: “Beynəlxalq yarışların nəticəsini nəzərə alıb seçim edəcəyik”
0
0