“Fənərbaxça”nın sabiq futbolçusu Vedat Muriç karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, hazırda “Malyorka”da çıxış edən hücumçu ilə “Qalatasaray” maraqlanır.
Bu barədə NTV məlumat yayıb.
Mənbənin iddiasına görə, “sarı-qırmızılılar”ın baş məşqçisi Okan Buruk “Rizəspor”da birlikdə çalışdığı 32 yaşlı forvardla telefon danışığı aparıb. Türkiyəli mütəxəssis Kosovo millisinin üzvünü Mauro İkardinin əvəzedicisi kimi görür.
Qeyd edək ki, Vedat Muriç bu mövsüm La Liqa təmsilçisinin heyətində keçirdiyi 36 rəsmi matçda 22 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Şahin Diniyev: "Üzülmürük, çünki doğru yoldayıq"
- Dünya çempionatının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
- “Mançester Yunayted” seçim qarşısında: Qyökereş, yoxsa Osimhen?
- İsnik Alimi: “Kubokun favoriti deyilik və olmaq da istəmirik” - MÜSAHİBƏ
- Yapon futbolçuya iki variant