ÇFR "Fəmərbaxça"nın sabiq hücumçusu İslam Slimani ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə Rumıniya klubunun rəsmi saytı məlumat yayıb.
Əlcəzair millisinin sabiq üzvü ilə yayda başa çatmalı olan müqaviləyə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam verilib.
Qeyd edək ki, İslam Slimani mövsümün əvvəlində ÇFR-yə qoşulmuşdu. 37 yaşlı forvard Kluj təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu karyerası ərzində "Sportinq", "Lester Siti", "Fənərbaxça", "Monako", "Lion", "Brest", "Koritiba" kimi klubların formasını geyinib.
- “Benfika” xal itirdi - “Sportinq” çempion
- Prezident İslamiadada yüksək nəticə göstərmiş idmançıların mükafatlandırılmasına 1,9 milyon manat ayırıb
- Yevlax Olimpiya İdman Kompleksində cüdo zalı istifadəyə verilib
- Aslan Kərimov: “Qarabağ” "Gent"lə oyunlara Musa ilə çıxıb, qalib də gələ bilər” - MÜSAHİBƏ
- Milli üzvü qərarını verir