Sabiq “Qalatasaray”lı “Əl-Duhail”dən ayrıldı - RƏSMİ
01.06.2025 - 00:28
Sabiq “Qalatasaray”lı “Əl-Duhail”dən ayrıldı - RƏSMİ

"Qalatasaray"ın sabiq futbolçusu Hakim Ziyeş "Əl-Duhail"i tərk edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında razılaşmaya əsasən, 32 yaşlı vingerin müqaviləsinə xitam verilib.

Xatırladaq ki, Ziyeş bu ilin əvvəlində "Əl-Duhail"ə azad agent kimi transfer olmuşdu.

Mərakeş millisinin üzvü Qətər təmsilçisi ilə meydana çıxdığı 13 rəsmi matçda 1 qol, 1 assistlə yadda qalıb.