III MDB Oyunlarının yeddinci günündə 8 idman növü üzrə yarışlar baş tutacaq.
Apasport.az xəbər verir ki, Gəncə İdman Sarayında üzgüçülük yarışlarında sonuncu medalçıların adlarına aydınlıq gələcək.
Həmçinin bu gün burada qılıncoynatma yarışı start götürəcək.
Bundan başqa, idman arenasında voleybol üzrə oyunlar keçiriləcək. A qrupunda yer alan Azərbaycan millisi Özbəkistanla, Belarus isə Qırğızıstanla qarşılaşacaq.
Şəkidə şəhər stadionunda çövkən üzrə yarışlar davam edəcək. Qırğızıstan millisi Küveytlə, Qazaxıstan isə Türkiyə ilə üz-üzə gələcək.
Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarının yarımfinal qarşılaşmaları baş tutacaq.
Qəbələ Olimpiya İdman Kompleksində badminton üzrə qarışıq komanda növündə final görüşündə Özbəkistan Rusiya ilə münasibətlərə aydınlıq gətirəcək.
Batut gimnastları Şəki Olimpiya İdman Kompleksində təsnifat və finallarda özlərini sınayacaqlar.
Xankəndi şəhər stadionunda isə kamandan oxatma yarışlarına start veriləcək.
- "Fiorentina" Stefano Pioli ilə yolları ayırıb
- Təmsilçimiz Avropa birinciliyində iştirak edib
- UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi start götürüb
- "Ordu"nun legioneri: "Burada oynadığım üçün xoşbəxtəm"
- Türkiyə Kubokunda ilk finalçı bəlli olur: "Konyaspor", yoxsa "Qalatasaray"? - YENİLƏNİR