Salah "100"ə çatdı
15.12.2024 - 15:12
![Salah "100"ə çatdı](https://ww3.apasport.az/storage/news/2024/december/15/big/675eba474afd5675eba474afd61734261319675eba474afd3675eba474afd4.jpg)
Məhəmməd Salah “Liverpul”da daha bir uğura imza atıb.
Apasport.az xəbər verir ki, o, komandanın heyətində 100-cü məhsuldar ötürməsini edib.
Hücumçu bu rəqəmə Premyer Liqanın "Fulhem"lə matçında çatıb. Onun ötürməsindən sonra Kadi Qakpo fərqlənib.
Qeyd edək ki, görüş 2:2 hesablı bərabərliklə nəticələnib.
0
0