Salah MLS-də çıxış edəcək?
25.03.2026 - 22:32
Mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlayan Məhəmməd Salah karyerasını ABŞ-də davam etdirə bilər.
Apasport.az xəbər verir ki, Lionel Messinin çıxış etdiyi "İnter Mayami" misirli vingerlə yaxından maraqlanır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İddialara görə, MLS təmsilçisi yaxın vaxtlarda 33 yaşlı futbolçu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Məhəmməd Salah cari mövsümdə "Liverpul"un heyətində meydana çıxdığı 34 rəsmi matçda 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
- Nuri Şahindən "Fənərbaxça"ya dəstək – Qirassi üçün hərəkətə keçir
- Böyük gərginlik: "Qalatasaray" TFF prezidentini istefaya çağırır
- “Formula-1”: “Ferrari”nin hər iki pilotu mübarizəni dayandırdı
- Çin voleybolçuları Dünya çempionu olub
- "Sabah"ın U-18 komandası Çempionlar Liqasındakı sonuncu oyununda qələbə qazanıb
0
0