"Liverpul"un aparıcı oyuncularından Məhəmməd Salah mövsüm başa çatdıqdan sonra komandasını tərk edəcək.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, misirli Səudiyyə Ərəbistanı klublarından birinə keçməyə razılaşıb.
Misirli hücumçu daha əvvəl mövsümün sonunda "Liverpul"u tərk edəcəyini söyləmişdi:
“Həqiqətən "Liverpul"la Premyer Liqanı qazanmaq niyyətindəyəm. Bu, mənim klubdakı son ilimdir, ona görə də şəhər üçün xüsusi bir şey etmək istəyirəm”.
32 yaşlı Salah bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 28 oyun keçirib, 21 qol vurub və 17 məhsuldar ötürmə edib.
Onun Premyer Liqa klubu ilə hazırkı müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
- 10 yaşında dişləri tökülən, kasıblıq içində qıvranan və möcüzə ilə başlayan karyera - ULDUZLAR
- Mübariz Orucov: “Neftçi”nin hədəfi həmişə çempionluqdur“
- Azərbaycanda keçiriləcək III MDB Oyunlarının medalları təqdim olunub
- Tovuz şəhər stadionu FIFA-nın sertifikatına layiq görülüb
- Millimizdən Gürcüstanda 3 QƏLƏBƏ