İngiltərə Premyer Liqasında XX turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, "Liverpul" "Mançester Yunayted"lə qarşılaşıb.
2:2 hesabı ilə bitən matç Məhəmməd Salah üçün əlamətdar olub. Belə ki, mersisaydlıların cinah oyunçusu görüşdə penaltini dəqiq yerinə yetirib.
O, bununla da, cari mövsüm Premyer Liqada 31 qolun vurulmasında birbaşa pay sahibi olub. Misirli hücumçu 19 matçda 18 dəfə fərqlənib və 13 məhsuldar ötürmə verib.
Bu, turnir tarixində ən yüksək nəticədir.
Salah həmin göstəricidə 2013/14 mövsümündə “Liverpul”da 19 matçda 30 (23+7) qola töhfə verən Luis Suarezi geridə qoyub.
- III MDB Oyunlarının rəsmi bağlanış günündə Gəncənin bəzi yollarında məhdudiyyətlər tətbiq olunacaq
- “Nyukasl” üçün 70 milyonluq yarımmüdafiəçi
- “Turan Tovuz”un forvardı qırılan işıq dirəyi ilə bağlı: “Tək sevindirici hal…” - Müsahibə
- Millimizin Qubada təlim-məşq toplanışı davam edir - FOTO
- Azərbaycan kuboku: “Qarabağ” - “Sabah” matçının biletləri satışa çıxarılıb