"Samsunspor" yolları ayırdı, "Fənərbaxça" heyətinə qatdı
02.01.2026 - 23:56
“Samsunspor” Entoni Musaba ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.
Apasport.az xəbər verir ki, bu barədə klub Türkiyə Futbol Federasiyasına rəsmi məlumat verib.
Bunun ardından futbolçunun yeni klubu da bəlli olub.
İnsayder Yağız Sabuncuoğlunun məlumatına görə, “Fənərbaxça” niderlandlı cinah oyunçusunun azad qalma haqqını ödəyərək transferi rəsmiləşdirib.
İstanbul təmsilçisi Entoni Musaba ilə 4,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, gənc futbolçunun yaxın günlərdə “sarı-lacivərdlilər”in heyətinə qoşulacağı gözlənilir.
- Murad Musayevin gedişi ilə bağlı: "Sanki Aleks Ferqyuson "Mançester Yunayted"dən gedib"
- Ançelotti Arda Gülərin gələcəyi ilə bağlı qərar verib
- Messi: “Zidan məşqçi olmayacağını desə də, Çempionlar Liqasını qazandı”
- “Beşiktaş” “Göztepe”yə şans tanımadı
- Fiziki imkanları məhdud uşaqlar üçün padel tədbiri keçirilib
0
0