“Vulverhempton” Kunyanın qiymətini təyin etdi
08.02.2025 - 13:57
“Vulverhempton”un hücumçusu Mateus Kunya yayda komandadan ayrıla bilər.
Apasport.az xəbər verir ki, “Arsenal”, “Çelsi”, “Tottenhem”, “Aston Villa” və “Nottinqem Forest” 25 yaşlı braziliyalıya maraq göstərən klublar arasındadır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Komanda futbolçu üçün 70 milyon avro tələb edir.
Qeyd edək ki, 25 yaşlı forvard bu mövsüm "Vulverhempton"un heyətində çıxış etdiyi 24 rəsmi matçda 11 qol, 4 assistlə yadda qalıb.
- Azərbaycan millisinin Sloveniyada təlim-məşq toplanışı başa çatıb
- 5 boksçumuz beynəlxalq turnirdə yarımfinala yüksəlib
- Emin Əmrullayev Türkiyə Basketbol Federasiyasının prezidenti ilə görüşüb
- Azərbaycan şahmatçıları Ermənistana qalib gəlib
- Qurban Qurbanov: “Futbolçularda bir az yorğunluq hiss olunur”
0
0