"Səbail"də yeni transfer
19.01.2024 - 14:26
“Səbail” 2024-cü ildə ilk transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, “Səbail” Portuqaliyanın 2-ci divizion təmsilçisi “Mafra”da çıxış edən Madi Quetanı heyətinə qatıb.
“Portu”nun yetirməsi olan, karyerası ərzində “Farense”, “Çerno More” və “Vilafranquense” klublarının formasını geyinmiş 25 yaşlı cinah yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb.
Portuqaliyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 millilərinin şərəfini qorumuş Madi Queta həmçinin Qvineya-Bissau yığmasının üzvüdür.
- Dünya çempionu Amerika Kubokunun finalında göz yaşlarına boğuldu - VİDEO
- "Qarabağ" reytinqdə "Atletik", "Nyukasl" kimi klubları qabaqlayıb
- Boksçumuz Avropa birinciliyində erməni rəqibinə qalib gəldi və medalı təmin etdi
- 11-ci duel: Fransa 59 ildir Mərakeşə uduzmur
- Regekampf Premyer Liqadakı debütündən danışdı
0
0