Soboslainin Ardaya cavabı gecikmədi - FOTO
24.03.2025 - 13:21

Dünən Türkiyə yığması Millətlər Liqasının pley-off mərhələsində Macarıstanla qarşılaşıb.
Apasport.az xəbər verir ki, Arda Gülerin Dominik Soboslaiyə etdiyi jest matçdan sonra gündəm olub.
"Real"ın futbolçusu rəqibə "sus" işarəsi edib.
Dominik Soboslainin Arda Gülerə cavabı isə gecikməyib. O, matçdan sonra həmin anın fotosunu sosial mediada paylaşan bir səhifənin rəy bölməsinə "1088" yazıb.
Bu rəqəm türkiyəli yarımmüdafiəçinin bu mövsüm "Real"da oynadığı dəqiqə sayıdır.
Qeyd edək ki, görüş "ay-ulduzlular"ın qələbəsi ilə nəticələnib - 3:0.
- Azərbaycanda yığmaların, məşqçi və idmançı heyətlərinin yenilənmiş siyahısı təsdiqlənib
- Mərakeşli futbolçu 24 yaşında vəfat etdi
- Kişi şahmatçılar arasında Azərbaycan çempionatı keçiriləcək
- Paytaxt klubundan çempiona 120 milyon avroluq təklif
- "Qarabağ"ın legioneri həftənin ən yaxşısı adına namizəddir
0
0