İspaniya millisinin heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, siyahıda "Real"ın müdafiəçisi Raul Asensio da yer alıb.
22 yaşlı futbolçu son 9 ildə İspaniya yığmasında debüt edən ilk "Real"lı ola bilər.
Belə ki, geridə qalan müddət ərzində "kral klubu"nun heç bir yetirməsi seçmə komandaya dəvət almayıb. Həmçinin Asensio siyahıda yer alan tək "Real"lıdır.
Madrid təmsilçisinin millidə debüt edən son yetirməsi Lukas Vaskez olub. O, AVRO-2016-dan öncə yığmanın heyətində çıxış edib.
Maraq üçün bildirək ki, həmin dövrdə "Barselona"nın yeddi üzvü İspaniya formasını ilk dəfə geyinib. Ansu Fati, Qavi, Alexandro Baldye, Lamin Yamal, Pau Kubarsi, Firmin Lopez və Mark Kasado klubun son 9 ildə debüt edən futbolçularıdır.
Qeyd edək ki, İspaniya yığması Millətlər Liqasının 1/4 finalında Niderlandla qarşılaşacaq.
- Kənan Kərimov: "Bu matç bizim üçün dönüş nöqtəsi olacaq"
- Yığmamız beynəlxalq turnirdə çempion olub
- Qurban Qurbanov: “5 qol vurublarsa, bu, onların bacarığıdır” - MÜSAHİBƏ
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- Avropa çempionatına qatılacaq Azərbaycan cüdoçuları ilə görüş keçirilib