Son yarımfinalçı "Fənərbağça" oldu
06.04.2023 - 23:36
![Son yarımfinalçı "Fənərbağça" oldu](https://ww3.apasport.az/storage/news/2023/april/06/big/642f20f3a6e34642f20f3a6e351680810227642f20f3a6e32642f20f3a6e33.jpg)
Türkiyə Kubokunda bütün yarımfinalçılar bilinib.
Apasport.az xəbər verir ki, son 1/4 final oyununda "Fənərbağça" İstanbulda "Kayserispor"u böyük hesabla məğlub edib – 4:1.
Bununla da "Fənərbağça"nın yarımfinalda "Sivasspor"a rəqib olduğu müəyyənləşib. Digər yarımfinal oyunlarında isə "Başakşehir"lə "Ankaragücü" üz-üzə gələcək.
Qeyd edək ki, 2 oyundan ibarət olan yarımfinal matçları may ayında keçiriləcək.
0
0