Sterlinq “Çelsi”yə qayıdacaq
01.06.2025 - 12:56

İngiltərə millisinin üzvü Rahim Sterlinq yayda “Çelsi”yə qayıdacaq.
Apasport.az xəbər verir ki, hazırda icarə əsasında Londonun digər təmsilçisi “Arsenal”da çıxış edən futbolçu komandadan ayrılacaq.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Mənbənin məlumatına görə, “topçular” 30 yaşlı vingerin müqaviləsində yer alan sərbəstqalma məbləğini ödəmək niyyətində deyil.
Qeyd edək ki, Sterlinq bu mövsüm "Arsenal"ın heyətində çıxış etdiyi 28 rəsmi matçda 1 qol, 5 assistlə yadda qalıb.
- Tahir Gözəl: "Bu qələbə acılı gündə kiçik bir təsəlli idi" – MÜSAHİBƏ
- Osimhenlə komanda yoldaşı olmuş “Kəpəz”in forvardı: “Nəyin necə olacağını heç vaxt bilmək olmur” - Müsahibə
- Parabadmintonçumuz bürünc medal qazandı
- “Kubok matçını da bu şəkildə qazanmaq istəyirik“ - Evren Alkaya
- Qurban Qurbanovun şərəfinə təqvim buraxılıb - MARAQLI FAKT
0
0