Super Liqa klubu yeni baş məşqçisini açıqlayıb - RƏSMİ
22.04.2026 - 17:21
Super Liqa klubu yeni baş məşqçisini açıqlayıb - RƏSMİ

Türkiyə Super Liqası təmsilçisi "Qaziantepspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, komandaya Mirel Radoy rəhbərlik edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rumıniyalı mütəxəssislə 2027-ci ilin sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, 45 yaşlı məşqçinin son iş yeri ölkəsində FKSB olub. O, ötən gün Buxarest klubundan ayrılıb.