Super Liqa: “Samsunspor”dan vacib 3 xal
25.01.2025 - 01:07
![Super Liqa: “Samsunspor”dan vacib 3 xal](https://ww3.apasport.az/storage/news/2025/january/25/big/679400c6a4a0d679400c6a4a0e1737752774679400c6a4a02679400c6a4a0c.jpeg)
Türkiyə Super Liqasında XXI tura start verilib.
Apasport.az xəbər verir ki, turun ilk oyununda "Samsunspor" öz meydanında "Qaziantepspor"la qarşılaşıb.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Samsunlular həlledici qolu 83-cü dəqiqədə vurublar.
Qeyd edək ki, bu qələbədən sonra "Samsunspor" xalını 40-a yüksəldərək, 3-cü pillədəki yerini daha da möhkəmləndirib.
Türkiyə Super Liqası
XX tur
21:00. "Samsunspor" – "Gaziantep" - 2:1
0
0