“Tottenhem” onu satacaq
16.11.2022 - 00:37
“Tottenhem” futbolçusu Tanqi Ndombeleni satmağa razılıq verib.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi “Napoli”yə transfer oluna bilər.
Fransalı futbolçu hazırda da Neapol təmsilçisinin formasını geyinir. O, İtaliya klubunda icarə əsasında çıxış edir. Apenninlilər onun transfer hüququna yiyələnmək niyyətindədir.
İngiltərəlilər Ndombelenin satılmasına razılıq verib. Lakin onlar yalnız sərfəli şərtlər qarşılığında Tanqini satacaq.
Qeyd edək ki, yarımmüdafiəçinin transfer qiyməti 28 milyon avro ilə dəyərləndirilir.
- Ağırlıqqaldırma Federasiyasının prezidenti: “İrəvanda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi”
- Azərbaycanın U-21 yığması növbəti matça çıxacaq
- Premyer Liqada XIV turun hakimləri açıqlandı
- İtaliya Dünya Çempionatına gedir? - İransız versiyalar
- “Liverpul” İngiltərə çempionu oldu
0
0